• $
  • €
  • ₽
  • ₺
  • £

DYP bayramla əlaqədar sürücülərə müraciət edib

DYP bayramla əlaqədar sürücülərə müraciət edib
30.12.2023 12:05
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2023-cü il dekabr ayının 31-dən 2024-cü il yanvar ayının 7-dək ölkədə qeyri-iş günü olması və​ ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli bayram günlərində şəhər əhalisi respublikanın müxtəlif regionlarına səfər edir və bu səbəbdən yollarda nəqliyyatın hərəkət intensivliyi bir qədər də artır. Lakin təəssüflər olsun ki, bəzi sürücülərin tələskənliyi, yollarda müəyyən edilmiş hərəkət sürətin aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Belə qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına​ sağ-salamat çatması, eləcə də bayramın xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisinin şəxsi heyəti bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.

Daxili İşlər Nazirliyinin​ Baş Dövlət Yol Polisi İdarəsi​ bir daha bütün hərəkət iştirakçılarına, xüsusilə də işğaldan azad olunmuş rayonlara ilk dəfə gedən sürücülərə yollarda son dərəcə diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyi,​ yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, mövcud hava şəraitini və yolun dağlıq relyefdən keçməsini nəzərə alaraq, enişli ərazilərdə daha çox avtomatik transmissiyalı avtomobillərdə tiptronik funksiyasından, mexaniki transmissiyalı nəqliyyat vasitələrində isə aşağı sürətli ötürücülərdən istifadə etməyi tövsiyə edir, eləcə də hər bir hərəkət iştirakçısını özünün və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol