• $
  • €
  • ₽
  • ₺
  • £

NAYORA tərəfindən növbəti forum keçirilib

NAYORA tərəfindən növbəti forum keçirilib
30.12.2023 15:23
2023-cü il dekabrın 30-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə ilin yekunlarına və həmrəylik gününə həsr olunmuş forum keçirilib. 

Forumu giriş sözü ilə açan NAYORA-nın sədri Rafael Hacıbəyli 2023-cü ilin ölkəmiz və xalqımız üçün çox uğurlu olduğunu, tarixi hadisələrə şahidlik etdiyimizi, müstəqilliyimizin bərpasından sonra ilk dəfə ərazi bütövlüyümüzü müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə təmin etdiyimizi diqqətə çatdırıb.
 
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edən NAYORA sədri bugünkü zəfərlərimizin əsasında 100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin durduğunu, bu uğurlarda və o cümlədən Vətən müharibəsində parlaq qələbəmizdə əsas rolu Prezident İlham Əliyevin hakimiyyəti dövründə vətənpərvərlik ruhunda yetişmiş gənclərin oynadığını vurğulayıb. Prezident İlham Əliyevin siyasi kursuna sadiqlik və dəstək ifadə olunub.

Daha sonra gənclər təşkilatlarının fəal vətəndaşlığın təşviq olunmasında rolundan danışılıb. Qarşıdan gələn Prezident seçkilərində gənclərin fəal iştirakının vacibliyi və seçki prosesinə verə biləcəkləri töhfə müzakirə edilib. Bu xüsusda, növbədənkənar Prezident seçkiləri ilə əlaqədar gənclərin məlumatlılıq səviyyəsinin və gənclər arasında vətəndaş məsuliyyətinin artırılmasında gənclər təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. 

Forumda çıxış edən aparıcı gənclər təşkilatlarının nümayəndələri bildiriblər ki, cəmiyyətimizin ən qabaqcıl hissəsi olan gənclərin ölkənin ən mühüm ictimai-siyasi proseslərdə fəal rol oynaması və dövlətçilik maraqlarını rəhbər tutmaları zəruridir. Gənclərin, xalqımızın və Qalib Liderin həmrəyliyinin sarsılmaz olduğu vurğulanıb. Çıxışçılar gənclərin hər zaman olduğu kimi, bu seçkilərdə də aktiv iştirak etməklə öz vətəndaşlıq vəzifələrini layiqincə yerinə yetirəcəklərini bildiriblər.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol