2023-cü il DOST mərkəzinə nə qədər müraciət olub? - Açıqlama

2023-cü ildə DOST mərkəzi tərəfindən 700 mindən çox vətəndaşa xidmət göstərilib. Bunu Dost Agentliyinin rəhbəri Fərid Məmmədov deyib.
Ümumilikdə 2019-cü ildən bu yana 1 milyon 969 min 629 vətəndaşa xidmət göstərilib. 142 Çağrı Mərkəzi vasitəsilə 2023-cü ildə 1 milyon 820 min 259 vətəndaş xidmət alıb. Ümumilikdə 2019-cu ildən bu yana 5 milyon 123 min 87 vətəndaş Çağrı mərkəzinə müraciət edib və biz onların zənglərinə cavab vermişik" , - o deyib.
Rəhbərin sözlərinə görə, Çağrı Mərkəzinə daxil olan müraciətlərin 68% Bakı, 32%-i isə regionlara məxsusdur.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























