• $
  • €
  • ₽
  • ₺
  • £

Magistraturaya qəbul imtahanında iştirak edəcək ən yaşlı bakalavr

Magistraturaya qəbul imtahanında iştirak edəcək ən yaşlı bakalavr
27.02.2014 20:24
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 2-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq.Ərizə qəbulu haqqında elan, elektron ərizələrin doldurulma qaydası, qəbul imtahanlarında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı və digər zəruri məlumatlar “Magistr” jurnalının 2-ci sayında və Komissiyanın rəsmi internet resurslarında bakalavrlara təqdim olunub.Ərizələrin qəbulu internet vasitəsilə fevralın 11-dən 20-dək aparılıb. Bakalavrlar ötən illərdən fərqli olaraq, bu il “Elektron ərizəsi” formasını Sənəd Qəbulu komissiyalarına (SQK) müraciət etmədən internetlə özləri təsdiq ediblər. SQK-da yalnız əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları ərizələrini təsdiq etdirib.İmtahanda iştirak etmək üçün 24 560 (ötən il 21 623) bakalavr ərizə təqdim edib. Onlardan 21 874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 11 553 nəfəri oğlan, 13 007 nəfəri isə qızlardır. Bakalavrlardan 12 540 nəfəri cari ilin məzunları, 12 020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür.Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 2, Gəncə şəhərində 4, Mingəçevir şəhərində 1, Şəki şəhərində 1, Lənkəran şəhərində 1 binada təşkil olunacaq. Bakıda 19 666, Naxçıvanda 688, Gəncədə 2366, Mingəçevirdə 618, Şəkidə 609, Lənkəranda isə 613 bakalavrın imtahan verəcəyi gözlənilir.İmtahanın idarə olunmasına 171 imtahan rəhbəri, 1856 nəzarətçi-müəllim cəlb olunacaq. Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 50-dən çox KİV nümayəndəsi müşahidə edəcək. Bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 27-dən martın 2-dək TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi bina, imtahanın tarixi və digər məlumatlar qeyd olunur.Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər: - Şəxsiyyəti təsdiq edən sənədin əslini,- “Bakalavrın imtahana buraxılış vərəqi”ni. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol