Tovuzda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub - ADY

Tovuz stansiyasında teplovoz dəmir yolu üzərinə çıxmış piyadanı vuraraq öldürüb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
"Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib”, – qurum bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























