Cəlilabadda bir ailə qidadan zəhərlənib

Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Ailə üzvləri - 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib.
İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























