Faktiki hava açıqlanıb

Yanvarın 5-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə Naxçıvan MR-da qısamüddətli yağıntı olub.
Düşən yağıntının miqdarı Ordubadda 5 mm, Şahbuz, Naxçıvan 1 mm-dək olub. Zərdab, Biləsuvar, Gəncə, Yevlax, Şamaxı, Qobustanda duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16-21 m/s-dək, Lerikdə 18 m/s, Altıağacda 17 m/s, Şəkidə isə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























