• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə narkokuryerlik edən dostlar saxlanılıb

Qəbələdə narkokuryerlik edən dostlar saxlanılıb
06.01.2024 09:39
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələri onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təşkil edən edən narkokuryerlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə olunmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı tanışlar, Şabran rayon sakini Fuad Sultanlı və Astara rayon sakini Şahnur Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı onların üzərində daşıdığı idman çantasından 4 kiloqrama yaxın marixuana və 64 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkələrdə tanış olduqları "Əli” adlı İran vətəndaşının təsiri altına düşərək ölkə ərazisində narkokuryerliklə məşğul olduqları müəyyən edilib. Sonuncu dəfə isə onlar Bakı şəhərindən Qəbələ rayonuna gələrək burada gizlədilən narkotik vasitələri 2 min manat qarşılığında paytaxta çatdırmağa razılaşıblar.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol