Naxçıvanda ana və iki qızı dəm qazından zəhərlənib

Naxçıvanda üç nəfər dəm qazından zəhərlənib.
"Report” xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.
Şəhər sakinləri - 1977-ci il təvəllüdlü Ruhiyyə Hacı qızı Rəsulova və onun övladları - 2000-ci il təvəllüdlü Jalə Vüqar qızı Mirzəyeva, 2011-ci təvəllüdlü Fidan Vüqar qızı Mirzəyeva evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























