Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var

Lənkəranda avtomobillər toqquşub, yaralılar var.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhəd yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə Astara rayonunun Çayoba kənd sakinləri - 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev müxtəlif xəsarətlər alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























