• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi bank kartlarında yaranan problem nə ilə bağlıdır? - Şərh

Bəzi bank kartlarında yaranan problem nə ilə bağlıdır? - Şərh
07.01.2024 12:19
Son günlər vətəndaşların bəzi bank kartları ilə ödəniş zamanı problemləri yaranır. Belə ki, ödənişin icrası zamanı terminallar ya işləmir, ya da bir neçə dəfə prosesdən sonra icra mümkün olur. 
 
Hazırda Azərbaycanda 15 bankın kart ödənişlərini "Azəricard" MMC həyata keçirir. Yaranan problem də məhz bu şəbəyə bağlı olan bank kartlarında baş verir. 

Yanvarın 6-da axşam saatlarında Azəricard prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə zamanı yaranan məhdudiyyət aradan qaldırıldığını açıqlayıb. Mərkəz bunu texniki problemlərin olması ilə əlaqələndirib. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, bü cür halların qarşısını almaq üçün işlək vəziyyətdə olan ehtiyyat sistemlər yaradılmalıdır.

"Kritik qurumların siyahısını hökumət təstiqləməlidir və onlara qarşı sərt təhlükəsizlik tələbləri müəyyən edilməlidir. Onların sistemləri daim audit olunmalıdır.
İşlək vəziyyətdə olan ehtiyyat sistemlər yaradılmalıdır. Bu cür halların qarşısının alınması üçün peşəkar mütəxəssislər cəlb edilməlidir. Daha müasir və güvənli texnologiyalardan və avadanlıqlardan istifadəyə üstünlük verilməlidir. "Azəricard"-ın uzun müddət sistemi bərpa edə bilməməsi backup (ehtiyyatda saxlanılan nüsxə) problemli olması, yaxud da keyfiyyətli texniki dəstəyin əlçatan olmaması ilə bağlı olduğunu düşünmək olar",- Osman Gündüz bildirib.
 
İqtisadçı Xalid Kərimli hesab edir ki, bu cür texniki problemlər ola bilər.
 
"Texniki problemlərdən heç kim sığortalanmayıb. "Azəricard"an başqa milli kart prosessinq mərkəzi də var. Bankların çoxu da onların xidmətindən istifadə edirlər. Böyük bankların özlərinin də prosessinq mərkəzi var. Bu cür texniki problemlər ola bilər. Ölkədə üçüncü prosessinq mərkəzidə yaradılsa, belə narahatlıqlar yarana bilər. Heç kim qarantiya vermir ki, xidmətlər daima davamlı olacaq. Buna çalışılır amma bu texnoloji faktorla əlaqəlidir. Bir neçə saatda problem həll olundu. Vətəndaşlar bu cür risklərdən özlərini sığortalamaq istəyirlərsə, kartları müxtəlif banklardan ala bilərlər",- iqtisadçı vurğuayıb.
 
"Azəricard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. 
 
"Azəricard” MMC tərəfdaş bankları ABB bank, PASHA bank, Xalq bank, Yelo bank,  Premium bank, Bank Respublika, Ziraat Bank, Bank Avrasiya, Rabitə Bank, TuranBank, Bank IBA-Moscow, Bank btb, AFBBANK, VTB, Ekspress bankdır.
 
Aytac Zeynalova
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol