Ayda 2 milyard adam WhatsApp-dan aktiv istifadə edir

WhatsApp ayda 2 milyard aktiv istifadəçi sayına görə dünyanın ən populyar sosial şəbəkələrinin reytinqində (Top10) 3-cü yerdədir. Bu barədə Inclend məlumat yayıb.
Məlumata görə, ikinci yerdə 2,5 milyard aktiv istifadəçisi olan YouTube, birinci yerdə isə 3 milyard aktiv istifadəçisi olan Facebook qərarlaşıb.
Hər il orta hesabla WhatsApp istifadəçilərinin sayı təxminən 20% artır.
Eyni zamanda WhatsApp dünyada ən çox yüklənən proqramlar reytinqində 4-cü yerdədir. Belə ki, ayda 45 milyon dəfədən çox bu tətbiq yüklənir.
Hər ay dünya internet istifadəçilərinin 38,7%-i WhatsApp-dan istifadə edir. İstifadəçilərin 47%-ni qadın, 53%-ni kişilər təşkil edir. Əsas auditoriyası isə 25-34 yaş arası insanlardır.
Bununla yanaşı sosial şəbəkə istifadəçilərinin 16,6%-i WhatsApp-ı "sevimli sosial şəbəkə” hesab edir.
Datareportal-ın məlumatına görə, WhatsApp-dan dünya əhalisinin təxminən 24,8%-i istifadə edir.
"İKT bazarı iştirakçıları" İctimai Birliyinin araşdırmalarına görə, 2023-cü il Azərbaycanda ən çox istifadəçisi olan platforma youtube olub. İkinci yerdə isə Tiktok qərarlaşıb. Ölkədə ən çox yüklənən proqram isə Whatsapp olub.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























