• $
  • €
  • ₽
  • ₺
  • £

Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir?

Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir?
27.02.2014 16:06
Prezident İlham Əliyevin yeni sərəncamı ilə yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Mir Tofiq oğlu Hüseynov əvvəllər "Bakıelektrikşəbəkə" ASC-də çalışıb. ANS PRESS-in məlumatına görə, Zaur Mir Tofiq oğlu Hüseynov İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb. Onun 2006-cı ildən bu vəzifədə çalışdığı deyilir. Qeyd edək ki, bu gün prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamqa bildirilir ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Cəmiyyət Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı cəmiyyətə keçib. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb. Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.Nazirlər Kabinetinə prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısna təqdim etməlidir. Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər həyata keçirmək həvalə edilib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol