Qeydiyyatı olmayan vətəndaşlar necə səs verəcək ? - AÇIQLAMA

Yaşayış yeri ilə bağlı qeydiyyatı olmayan vətəndaşlar fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün ASAN xidmət mərkəzlərinə müraciət edə və yaşadıqları ərazi üzrə qeydiyyata düşə bilərlər. Bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.
"Yaşayış yeri ilə bağlı qeydiyyatda
olmayan vətəndaşların qeydiyyat məsələlərinə baxılması ilə bağlı Daxili İşlər
Nazirliyində keçirilən əməliyyat müşavirəsində bildirilib ki, qeydiyyatda olmayan
vətəndaşlar qeydiyyat məsələləri ilə bağlı Asan Xidmət mərkəzlərinə müraciət edə
bilərlər. Onların müvafiq olaraq qeydiyyat məsələlərinə baxılacaq və qeydiyyata alınmaları təmin olunacaq. Hazırda qeydiyyat məsələləri həll olunur və
qeydiyyatsız vətəndaş olmayacaq. Vətəndaşlar
qeydiyyat məsələləri ilə bağlı Asan Xidmət mərkəzlərinə müraciət edə bilərlər", - Hacıyev deyib.
Hazırda Azərbaycanda 17 nəfər növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Onlardan üçünün namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınıb. Bunlar hazırki Prezident və hakim Yeni Azərbaycan Partiyasından namizəd İlham Əliyev, Sosial tədqiqatlar Mərkəzinin sabiq sədri, millət vəkili Zahid Oruc, Milli Cəbhə Partiyasının rəhbəri Razi Nurullayevdir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımovun szlərinə görə, Azərbaycanda 6,3 milyondan çox seçici var.
Sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib.
Çiçək Sadatova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























