Bakıda bu əraziyə avtomobillərin girişi qadağan ediləcək

İçərişəhərdə tarixi binaların olduğu əraziyə avtomobillərin girişi qadağan ediləcək.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
İçərişəhərə bitişik yerləşən (şərq hissədə) 19-cu əsrə aid tarixi binaların olduğu şəhər ərazisinin (Neftçilər prospektinin şimalı və Bülbül prospektinin qərbi ilə) avtomobil nəqliyyatından azad sakit şəhər ərazisinə çevrilməsi (Bülbül prospekti, Səməd Vurğun küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti kimi əsas yolları dolanaraq) nəzərdə tutulur.
Piyada zonasının İçərişəhər ərazisi ilə (nəqliyyat vasitələrinin giriş-çıxışına məhdud səviyyədə yol verilən) birləşdirilməsi və Əziz Əliyev küçəsi ilə İstiqlaliyyət küçəsi arasında ümumi ayırıcı xəttin müəyyən edilməsilə Neftçilər prospekti ilə "Nizami Parkı” arasında avtomobil nəqliyyatından azad sakit ərazinin yaradılması planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























