Seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb

Növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqat üçün 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 yer ayrılıb. Bununla bağlı siyahını Mərkəzi Seçki Komissiyası (MSK) təqdim edib.
Həmin yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər. Bu məqsədlə digər yerlərdən də qanunvericiliyə uyğun istifadə edilməsi mümkündür.
Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib. Bu, işğaldan azad edilmiş ərazilərdə keçiriləcək ilk seçkidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























