Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlıların sayı açıqlanıb

İndiyədək Ukrayna Silahlı Qüvvələrinin milliyyətcə azərbaycanlı olan 38 hərbçisi həlak olub. Bu barədə Report məlumat verib.
Müharibə başladığı andan bu günə qədər isə ümumilikdə 135-ə yaxın azərbaycanlı həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə itkin düşüb.
Ümumilikdə isə Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 440 hərbçisini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 365 170 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 14 zirehli döyüş maşını, 13 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukrayna Rusiya müharibəsi başlayıb.
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib