• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell” artıq Laçındadır!

“Azercell” artıq Laçındadır!
09.01.2024 13:46
Lider mobil operator Qarabağda sayca üçüncü rəsmi mağazasını Laçında abunəçilərin istifadəsinə verdi


"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq "Azercell” Qarabağda üçüncü mağazasını açdı. Laçın şəhərinin mərkəzində - Xosrov bəy Sultanov küçəsində açılmış rəsmi diler mağazası ən müasir avadanlıqlarla təmin olunub. Abunəçilər burada digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər əməliyyatları həyata keçirə bilərlər. Həmçinin abunəçilər yeni açılmış mağazada gündəlik istifadə üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə satın ala bilərlər.
Xatırladaq ki, "Azercell”in Laçınla yanaşı, Qarabağda daha iki rəsmi məntəqəsi - Şuşa şəhərində satış və xidmət, Zəngilanın Ağalı kəndində isə diler mağazası fəaliyyət göstərir.


"Azercell” Qarabağda bərpa və yenidənqurma işlərinin fəal dəstəkçisidir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran "Azercell”in hazırda Qarabağda LTE texnologiya əsaslı 147 baza stansiyası fəaliyyət göstərir. Şirkət "yaşıl” texnologiyaların da tətbiqinə başlayaraq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Hazırda digər ərazilərdə də "yaşıl” stansiyaların tətbiq edilməsi və saylarının 35-ə çatdırılması nəzərdə tutulur.


"Azercell” həmçinin Qarabağda müştəri xidmətləri mərkəzi və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operatordur. 









www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol