Baş verən yanğında 60 uşaq təxliyə edilib - TƏBİB rəsmisi

Respublika Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub. Bu barədə Report Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilova istinadan yazıb.
O bildirib ki, təxliyə edilənlərin vəziyyəti nəzarət altındadır.
Yanvarın 8-də Respublika Perinatal Mərkəzdə yanğın hadisəsi baş verib. İlkin açıqlamada 4 uşaq ölüb, 3 nəfər zəhərlənib. KTMT-ya yerləşdirilən 6 uşağın vəziyyətinin ağır olduğu açıqlanıb.
Ölkə başçısı hadisənin baş verməsinə səbəb olan amillərin ciddi araşdırılması ilə bağlı tapşırıq verib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























