Tofiq Yaqublu ev dustaqlığına buraxılmayıb

Nərimanov Rayon Məhkəməsi Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. Bunu anews.az-a onun vəkili Aqil Layıc deyib.
Vəkil bildirib ki, müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
Bundan əvvəl Müsavat üzvü 2022-ci ilin dekabrında İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























