Yeniyetməyə köməyə gəlməyən təcili yardım əməkdaşı işdən çıxarılıb

Ötən həftə Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetməyə yardıma gəlməyən təcili tibbi yardım əməkdaşı işdən çıxarılıb.
Bu barədə Bakupost.az-a Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev bildirib.
Onun sözlərinə görə, yayılan məlumatlardan sonra dərhal araşdırma aparılıb.
"Biz məsələni hərtərfli araşdırdıq. Həmin tibb işçisinin üzərinə düşən vəzifəni yerinə yetirmədiyi təsdiqləndi. Ona görə də o, işdən uzaqlaşdırıldı",- məlumatda bildirilib.
Yanvarın 3-də sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb.
TƏBİB isə Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























