Prezident seçkilərində ilk dəfə səs verəcək gənclər üçün seminarlar davam edir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar davam edir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və 1 nömrəli Bakı Tibb Kollecində 8 yanvar tarixində baş tutan məlumat sessiyalarında səsvermə hüququna malik yüzlərlə tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Maarifləndirici seminarların keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























