• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi növbəti dəfə əhalini qızılca peyvəndi olmağa çağırıb

Səhiyyə Nazirliyi növbəti dəfə əhalini qızılca peyvəndi olmağa çağırıb
10.01.2024 11:24
Səhiyyə Nazirliyi növbəti dəfə əhaliyə müraciət edərək həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb. Bu barədə nazirliyin açıqlamasında qeyd olunub.  
 
"Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edir və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər”, -  məlumatda deyilir. 
 
Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Gülnar Nazimqızı 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol