STM-in bir neçə əməkdaşı vəzifəsini müvəqqəti dayandırıb - Açıqlama

Sosial Tədqiqatlar Mərkəzinin bir neçə əməkdaşı prezident seçkilərində iştirak edəcək namizəd Zahid Orucun vəkilləri təyin edildiyi üçün hazırkı vəzifələrini müvəqqəti dondurublar. Bu barədə qurumun açıqlamasında deyilir.
Belə ki, Seçki Qərargahının sədri professor Tahirə Allahyarova, ictimai vəkillər isə Əziz Əlibəyli, Elnur Çıraqov, Tural İsmayılov, Aytən Babayeva, İlyaz Hüseynov, Əfqan Vəliyev və Şəhla Cəlilzadə Zahid Orucun vəkilləri təyin edilib. Seçki prosesi ilə əlaqədar sözügedən şəxslər müvafiq qaydada iş yerlərindən xidməti vəzifələrinin icrasını ödənişsiz məzuniyyət götürməklə müvəqqəti dayandırıblar. Seçki Məcəlləsinin 72.3 - cü maddəsinə görə vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə və ya referendumla bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir", - məlumatda deyilir.
Azərbaycanda fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Bu il uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda 9 seçki dairəsi yaradılıb və vətəndaşlar 26 seçki dairəsində səs vermək hüququndan istifadə edəcək.
Bir gün əvvəl Zahid Oruc rəhbəri olduğu Sosial Tədqiqat Mərkəzinin sədri vəzifəsini müvəqqəti dayandırıb. Bu proses onun Prezident seçkilərində iştirakı ilə bağlıdır.
Mərkəz sədri 40 min səs toplamaqla Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədliyini təsdiq edib.
Bundan əvvəl Zahid Oruc 2018-ci il Prezident seçkilərində iştirak edib. O, 122 956 səs toplaya bilib.
Zahid Oruc II, III, IV, V, VI çağırış Milli Məclisin deputatıdır.
Bundan əvvəl Azərbaycanda preizdent seçkiləri 2018-ci ildə keçirilib.
2003-cü ildən sonra Azərbaycanda keçirilən bütün prezident seçkilərinin qalibi İlham Əliyev olub.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib