• $
  • €
  • ₽
  • ₺
  • £

Yazıçılar Birliyi Natavanın heykəlinin sökülməsini pisləyib

Yazıçılar Birliyi Natavanın heykəlinin sökülməsini pisləyib
10.01.2024 16:03
Azərbaycan Yazıçılar Birliyi Fransanın Evian-Le şəhərində Natavanın heykəlinin sökülməsini pisləyib. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin bəyanatında qeyd olunub.
 
"Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimləri, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk.Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Evian-Le Ba şəhərində baş vermiş rəzalət Fransa hakimiyyətində azərbaycanafobiya, türkofobiya, islamafobiyanın hansı həddə çatdığını əyani şəkildə göstərir. Ədəbiyyatın, incəsənətin, mədəniyyətin çirkin siyasi oyunbazlığa alət edilməsini kəskin şəkildə pisləyirik", - bəyanatda yazılıb. 
 
Bundan əvvəl Milli Məclisin deputatları Fransada Natavanın heykəlinin sökülməsini pisləyib və bildirib ki, bu Azərbaycan mədəniyyətinə qarşı edilən hörmətsizlikdir. 
 
Natavanın heykəli Frasnanın Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulub.  Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir.
 
Heykəl 2023-cü ilin dekabrında sonunda sökülüb.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol