• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2 yeni günəş elektrik stansiyasının tikintisinə başlanılacaq

Azərbaycanda 2 yeni günəş elektrik stansiyasının tikintisinə başlanılacaq
10.01.2024 16:29
2024-cü ilin sonuna kimi Azərbaycanda ümumi gücü 760 MVt olan 2 günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılması planlaşdırılır. Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Nazir bildirib ki, gələn il isə 240 MVt gücündə bir külək elektrik stansiyasının (KES) tikintisinə başlanılması planlaşdırılır.

"BƏƏ ilə imzalanan elektrik enerjisinin ötürülməsi üzrə investisiya əməkdaşlığına dair Anlaşma Memorandumu, yaşıl enerji sahəsində Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi və 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Yol Xəritəsi yaşıl dünya naminə həmrəyliyimizin təzahürü olmaqla "yaşıl enerji” tərəfdaşlığımızı daha da möhkəmləndirəcək. İlin sonunadək ümumi gücü 760 MVt olan 2 GES, gələn il isə 240 MVt gücündə 1 KES-in tikintisinə başlamağı planlaşdırırıq”, – paylaşımda bildirilir.
 
2022-ci ilin martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. 230 MVt gücündə "Qaradağ” Günəş Elektrik Stansiyası layihəsinin investisiya dəyəri 225 milyon ABŞ dollarından çoxdur. Bu layihə üzrə Azərbaycan ilə əməkdaşlıq edilən "Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələr də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir.

Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol