52 vəkilin namizədliyi təsdiqlənib

Vəkillər İxtisas Komissiyası vəkillik namizədi üçün iştirak edən 67 nəfərdən əlli iki nəfərin namizədliyini təsdiq edib. Bu barədə Vəkillər Kollegiyasından bildirilib.
"Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 07.11.2023-09.01.2024-cü il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Şifahi müsahibə mərhələsində 67 vəkilliyə namizəd iştirak edib. İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 52 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb", - məlumatda deyilir.
İmtahandan uğurlar keçən namizədlərin siyahısına burdan baxmaq olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























