Ukraynaya növbəti humanitar yardım göndərilib

Azərbaycan Ukraynaya 25 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 22 ədəd komplekt transformator məntəqəsi göndərib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi Sumqayıt Texnologiyalar Parkından yola salınıb.
Ümumi məbləği 7.6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr və 8 dekabr tarixlərində Ukraynaya göndərilib.
ABŞ 2022-ci il fevralın 24-dən, Yəni Rusiya-Ukrayna müharibəsi başlayandan, indiyə kimi Ukraynaya 40 milyard dollardan çox hərbi yardım edib. Bu barədə Pentaqon rəhbəri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında bildirib.
2023-cü ilin avqustunda Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun hesabatına görə, Kiyevə ən çox hərbi yardım göstərmiş ölkələr sırasında Amerika Birləşmiş Ştatları (ABŞ) birinci sırada olub. Bu barədə BBC məlumat yayıb.
Statistikaya görə, ABŞ 46,6 milyard dollar dəyərində hərbi yardımlar edib.
Yardım sırasına ABŞ – 46,6 milyard dollar, Almaniya – 18,9 milyard dollar, Böyük Britaniya – 7,3 milyard dollar, Norveç – 4,1 milyard dollar, Danimarka - 3,9 , milyard dollar, Polşa - 3,3 milyard dollar , Niderland – 2,7 milyard dollar, Kanada – 1,8 milyard dollar, İsveç – 1,6 milyard dollar, Finlandiya – 1,4 milyard dollar olub.
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib