• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb - Yenilənib

Jurnalist Səbuhi Məmmədli  Yeni Klinikaya köçürülüb - Yenilənib
12.01.2024 13:39
Jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb. Bu barədə TƏBİB-dən bildirilib. 
 
"Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir", - məlumatda deyilir.
 
 
12:01
 
Qəflətən ürəyi dayanan jurnalist Səbuhi Məmmədlinin vəziyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Bu barədə TƏBİB-in açıqlamasında qeyd olunub.  
 
"Jurnalist Səbuhi Məmmədli yanvarın 12-də M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və o, reanimasiya şöbəsinə yerləşdirilib",  - açıqlamada deyilir. 
 
Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir. 
 
Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.

 
11:18
 
Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib. Bu barədə Lent.az saytı yazıb. 

"Jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxada yoxdur. Məsləhət görülüb ki, onu "Zəfəran" klinikasına aparsınlar", - məlumatda deyilir. 
 
"Zəfəran" klinikasına aparılan jurnalisti orada da qəbul etməyiblər. 
 
TƏBİB-dən bildirilib ki, Məmmədli Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib və orada ona ilkin yardım göstərilir.
 
Səbuhi Məmmədli sonuncu iş yerindən keçən ilin martında ayrılıb. O, "APA holdinq” şirkətinin tərkibindəki Lent.az saytının redaktoru idi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol