Human Rights Watch Azərbaycanla bağlı tənqidi hesabat dərc edib

Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatının 2023-cü ilə dair hesabatında Azərbaycanda sərbəst toplaşma hüququnun məhdudlaşdırılması, müstəqil media nümayəndələrinin həbsi, həbs yerlərində işgəncə və pis rəftarın olması, LGBT fərdlərinə qarşı pis münasibət və s. kimi tənqidi fikirlər yer alıb.
Milli Məclisin deputatı, prezidentliyə namizəd Fazil Mustafa yazılanları cəfəngiyyat adlandırıb.
"Bütövlükdə bu qeydlər Azərbaycanda baş verən prosesləri qaralamaq məqsədilə yazılıb və proseslər şişirdilib. İnsan haqqları ilə bağlı təkcə Azərbaycan vətəndaşlarından söhbət getmir. Fransa vətəndaşı da casusluğa görə həbs edilib. Nə edək o zaman? Qanunla hüqiqi iş tənzimlənməlidir. Dinc cəmiyyətdə hər hansısa bir şəkildə problem yaratmayan insanlara zərər yetirildiyini görməmişdik. Ancaq müxtəlif media qurumlarında, başqa sahələrdə olan şəxslər hansısa bir şəkildə deyək ki, şantajla məşğuldursa dövlət məcburdur ki, vətəndaşın haqqını qorumaq məqsədilə şantajçını cəzalandırsın. Yəni hansısa bir şəxs hesabat vermirsə, şəffaflıq yoxdursa əlbəttə qarşısı alınmalıdır. Odur ki, yazılanları cəfəngiyyat adlandırıram. Bu yanaşma məqsədyönlü və qərəzli şəkildə seçki kompaniyasını yansıtmağa yönəldilib. Seçkilərin nəticələrinə münasibəti ortaya qoymaq üçün bu cür addımlara əl atırlar. Azərbaycanda normal şərtlərlə demokratik seçki keçirilir və hər birimizdə orda iştirak edərək öz iradəmizi ifadə edirik. Bu baxımdan bu yazı tamamilə qərəzli şəkildə, düşünülmüş Azərbaycan əleyhinə olan bir kompaniyanin tərkib hissəsidir. Bunlara çox da əhəmiyyət vermək olmaz",- deputat əlavə edib.
Siyasi şərhçi Azər Qasımlının fikrincə isə təşkilatın yazdığı yazılanların hər biri tamamilə doğrudur.
"Azərbaycanda insanlar həbs də olunur, işgəncə də verilir, bir çox ədəbsiz hərəkətlər də olur.. Yəni nə yazıblarsa düzdür. Bu hesabatı obyektiv sayıram. Bu kimi hesabatlar başqa ölkələrlə bağlı da dərc olunur. Dünyanın istənilən ölkəsində hətta ABŞ-da belə hüquq pozuntuları olduğu zaman onu qeyd edirlər. Tək problem Azərbaycanla bağlı deyil. Yazılmasını istəmiriksə, bu cür pozuntulara yol verməməliyik. Bu təşkilatın da Azərbaycanla bağlı heç bir qərəzli mövqeyi yoxdur. Azərbaycanda həbs olunan jurnalistlərin hamısı siyasi məhbusdur. Hesabatı qərəzli adlandıranlar özü Azərbaycanda hüquqları pozan şəxslərdir",- siyasi şərhçi əlavə edib.
Human Rights Watch həmçinin Azərbaycan hökumətini qeyri-qanuni məhkəmə proseslərindən sonra tənqidçiləri 30 gün müddətinə həbs etdirməkdə də qınayb.
Sənəddə eləcə də noyabrda "Abzas Media"-nın jurnalistləri Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalovun həbsi diqqətə çəkilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























