DYP hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib

Baş DYP İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib:
Xəbərdarlıqda deyilir:
Hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağmurlu hava ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi cətinliklər yaradır.
DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək əlverişsiz hava şəraitində bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























