• $
  • €
  • ₽
  • ₺
  • £

“Kristal Abşeron” haqqında yayılan məlumatlarla bağlı açıqlama yaydı

“Kristal Abşeron” haqqında yayılan məlumatlarla bağlı açıqlama yaydı
13.01.2024 15:21
Təəssüf hissi ilə bildiririk ki, son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində tərəfimizdən inşa olunan layihələrin keyfiyyətindən bəhs edən bir sıra əsassız və qərəzli məlumatlar paylaşılıb.
 
Bugünədək "Kristal Abşeron” olaraq minlərlə sakinimizin sevincinə şərik olmaq və onları arzuladıqları mənzillə təmin etmək üçün var gücümüzlə çalışmışıq. Tikinti sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin etmiş, dövlətimiz tərəfindən aparılan islahatların ən böyük dəstəkçilərindən biri olmuşuq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq ətraflı məlumat əldə edə bilərsiniz.

Bu barədə "Kristal Abşeron” şirkətinin son günlər kütləvi informasiya vasitələrində şirkət tərəfindən inşa olunan layihələrin keyfiyyəti haqqında yayılan məlumatlarla bağlı açıqlamasında bildirilib.

"Müxtəlf sosial şəbəkə kanallarında və elektron media portallarında Sumqayıt şəhəri 10-cu mikrorayonda inşa etdiyimiz çoxmənzilli yaşayış binasındakı mənzillə bağlı diqqətinizə çatdırmaq istəyirik ki, sözügedən mənzil MTK ilə mənzil sahibi arasında bağlanmış 19 mart 2019-cu il 000000242 №-li təhvil-təslim aktı əsasında tam təmirli və standartlara cavab verən şəkildə müştəriyə təhvil verilmişdir, həmçinin təhvil-təslim aktı əsasında mənzil tikinti normalarına tam cavab verir. Təhvil-təslim aktının mənzil haqqında olan təlimatlar hissəsində də sakinimizə bir sıra məlumat xarakterli informasiyalar verilib. Həmin aktda qeyd olunur ki, mənzildə yaşanmadığı təqdirdə oboy və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, mənzil sahibi tərəfindən bu tipli tövsiyələrin heç birinə əməl olunmayıb. Həmçinin, qeyd etmək istəyirik ki, mənzil sahibi tərəfindən yaşadığı müddət ərzində ofisimizə hər hansı bir şikayət daxil olmayıb.

Sonda nəzərinizə çatdıraq ki, şirkətimizin işgüzar nüfuzuna zərər gətirilməsi üçün məqsədli şəkildə paylaşılmış bu yalan məlumatlarla bağlı hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət olunub. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - açıqlamada qeyd olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol