Son iki gündə 60 nəfər təcili yardım çağırıb - TƏBİB

Qarlı hava şəraiti ilə əlaqədar son iki gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzə müraciət edib. Bu barədə TƏBİB-dən məlumat verilib.
www.anews.az
"Son iki gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. Yanvarın 14 və 15-də hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər təcili tibbi yardıma müraciət edib. Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstədildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar”, - məlumatda qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























