Prokurorluq orqanlarında işə qəbul olunan şəxslərin sayı açıqlanıb

Azərbycanda son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib. Onların 1097-i kişi, 106-sı isə qadındır. Bu barədə Baş prokuror Kamran Əliyev yanvarın 15-də prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışı zamanı bildirib.
"Hazırda prokurorluq orqanlarında 1 009 nəfəri əmək fəaliyyətini davam etdirir. Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslər prokurorluğun kadr korpusunun 89.1 %-ni təşkil edir",- o əlavə edib.
Hazırda prokurorluq orqanlarında 94 qadın əməkdaş çalışır. Onların 54-ü 2002-2019-cu il ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 40-ı isə 2020-2023-cü ildə keçirilmiş 4 müsabiqənin nəticəsində işə qəbul edilmişdir.
Rəhbər vəzifədə işləyən 10 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























