• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Xaçaturyanın apellyasiya şikayəti təmin olunmayıb

Vaqif Xaçaturyanın apellyasiya şikayəti təmin olunmayıb
15.01.2024 12:24
Azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın apellyasiya şikayəti təmin edilməyib. Bu barədə məhkəmədən bildirilib.
 
Məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Vaqif Xaçatryan Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və 107-ci (deportasiya və ya məcburi köçürmə) maddələri ilə ittiham olunur. Cinayət 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində erməni qanunsuz silahlı birləşmələri tərəfindən törədilib.
 
İyulun 29-da Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları beynəlxalq axtarışda olan Vaqif Xaçatryanı Xankəndinən Ermənistana gedərkən Laçın sərhəd buraxılış məntəqəsində saxlayıb. 
 
Xaçatryan  1991-ci il dekabrın 22-də Xocavənd rayonunun Meşəli kəndində baş vermiş hadisələrlə bağlı açılmış cinayət işi çərçivəsində axtarışa verilmişdi. 
 
İstintaqın məlumatına görə, Xaçatryan bu kəndə silahlı hücumu həyata keçirən erməni birləşmələrinin üzvü olub. 

Ombusdman 2023-cü ilin avqustun 3-də Vaqif Xaçatryanın vəziyyəti ilə maraqlanmaq üçün onunla görüşüb. Xaçatryan vəziyyətinin normal olduğunu deyib və saxlanma şəraitinə görə Azərbaycana təşəkkür edib. 
 
Aytac Zeynalova
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol