• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəran niyə işıqsız qalıb? - Rəsmi açıqlama - Yenilənib

Lənkəran niyə işıqsız qalıb? - Rəsmi açıqlama - Yenilənib
15.01.2024 13:20
Lənkəranın bir hissəsində işığın olmamasının səbəbi ağacların xəttlərin üzərinə düşməsi ilə bağlıdır. Bu barədə anews.az-a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib. 
 
"Hazırda bir sıra ərazilərdə işıq yoxdur. Qurum bu barədə ciddi işlər görür. Əsas problem ağacların işıq dirəklərinin üzərinə düşməsindən sonra yaranıb. Buna cavabdeh şəxslər də rayonun icra hakimiyyətinə tabe olan yaşıllaşdırma idarəsidir. Zəhmət olmasa suallarınızı icra hakimiyyətinə verin ki, niyə zamanında bu ağaclar budanmır ki, nəticədə belə bir problem yaranır", - mətbuat katibi bildirib. 
 
Lənkəran İcra Hakimiyyətinin müavini Elnur Hüseynov  bildirib ki, hazırda işıqların bərpası istiqamətində işlər aparılır. 
 
"Lənkəranda qar çox yağması səbəbindən elektrik xəttlərində problem yaranır. Hazırda ağacların təmizlənməsi istiqamətində işlər görülür. Günün sonuna kimi problem aradan qaldırılacaq", - Hüseynov anews.az-a açıqlamasında deyib. 
 
12:24

Lənkəranın bir hissəsində 2 sutkaya yaxındır işıq yanmır. Bu barədə anews.az-a sakinlər məlumat verib.
 
Bildiriblər ki, işıq şəhərin yalnız bir hissəsində yanır. 
 
Məsələ ilə bağlı "Azərişıq"a müraciət etdik. 
 
Qurumun sözçüsü Vaqif Aydınoğlu bildirdi ki, qarlı hava ilə bağlı hazırda işıq problemi olarsa qurum tərəfindən bu 1-2 saat ərzində həll olunur. Hazırda hər hansı bir ərazidə işıq probleminin olması ilə bağlı məlumat daxil olmayıb. 
 
Görünən odur ki, "Azərişıq" ASC-nin 2 sutkaya yaxındır işıq olmayan Lənkərandan xəbəri yoxdur. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol