Jurnalist Elnarə Qasımovaya 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib

"Abzas Media” işi üzrə saxlanılan jurnalist Elnarə Qasımovaya 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Onun vəkili Bəhruz Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Vəkilin sözlərinə görə, jurnalistə bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq maddəsi ilə həbs qətimkan tədbiri seçilib.
"Elnrarə özü bildirdi ki, qeyri insani rəftara məruz qalıb. Əlləri arxadan qandallanıb. Məhkəməyə gələndə qandalı qabağa çıxardıblar. Elnrarə baş verənləri jurnalist fəaliyyəti ilə əlaqələndirib. Ya bu gün, ya da sabah Bakı 1 saylı istintaq idarəsinə köçürüləcək",- vəkil bildirib.
Elnarə Qasımova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir. "Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı və Nərgiz Absalamova həbs ediliblər.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























