Süni intellekt iş yerlərinin sayını azaldacaq

Süni intellektin (AI) gələcək inkişafı iş yerlərinin azalmasına, eləcə də dünyada bərabərsizliyin artmasına səbəb olacaq.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva maliyyə institutunun saytındakı bloqunda məlumat yayıb.
"Süni intellekt dünya üzrə iş yerlərinin demək olar ki, 40%-nə təsir edəcək. Onun potensialından istifadə etmək üçün bizə düşünülmüş siyasət balansı lazımdır. Biz məhsuldarlığı artıracaq, qlobal iqtisadi artımı sürətləndirəcək və bütün dünyada gəlirləri artıracaq texnoloji inqilabın astanasındayıq. Bununla belə, bu, həm də əməyə tələbin azalmasına, iş yerlərinin itirilməsinə və bərabərsizliyin artmasına səbəb ola bilər”, - Georgiyeva vurğulayıb.
"Nəticələr təəccüblüdür: qlobal məşğulluğun demək olar ki, 40%-i süni intellektdən təsirlənir”, - fondun rəhbəri əlavə edib.
"Əgər AI yüksək gəlirli işçilərin işini əhəmiyyətli dərəcədə asanlaşdırarsa, bu, onların əmək gəlirlərinin qeyri-mütənasib artmasına səbəb ola bilər. Bundan əlavə, süni intellekt tətbiq edən şirkətlərdə məhsuldarlıq artımı çox güman ki, kapitalın daha yüksək gəlirliliyinə gətirib çıxaracaq ki, bu da yüksək gəlirli işçilərə faydalı olacaq. Lakin aşağı gəlirli işçilər geridə qalacaq”, - BVF rəhbəri qeyd edib.
"Buna görə də, dövlətlər texnologiyanın sosial gərginliyi daha da artırmasının qarşısını almaq üçün bu problemi həll etməlidirlər”, - deyə Georgieva əlavə edib.
Keçən ay Avropa Birliyi rəsmiləri süni intellektin istifadəsini tənzimləyən dünyada ilk qanun layihəsi üzərində razılığa gəliblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























