Şəmkirdə iki ev yanıb - Xəsarət alan var

Şəmkirdin Çinarlı qəsəbəsində iki ev yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi mlumat verib.
Məlumata görə, qəsəbədə ayrı-ayrı iki vətəndaşa məxsus evlərdə yanğın başlayıb. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Araşdırma zamanı məlum olub ki, birinci evdə baş verən yanğına səbəb evdə qaz partlaması səbəb olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə də yanğın başlayıb. Partlayış zamanı 1946-ci il təvəllüdlü Şücayət Novruzova müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hər iki evdə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























