2023-cü ildə işlə təmin olunan şəxslərin sayı açıqlanıb

2023-cü ildə məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib. Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Nazir müavini vurğulayıb ki, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib.
"Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əmək haqqı fondunda 15 faiz artım baş verib", - nazir müavini 2023- cü ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























