• $
  • €
  • ₽
  • ₺
  • £

Kriminal avtoritet saxlanılıb

Kriminal avtoritet saxlanılıb
16.01.2024 12:20
Kriminal avtoritet yetim Sabir saxlanılıb, Bakıya gətirilir. Bu barədə Qaynarinfo axar.az-a istinadən xəbər verib.

2020-ci ilin avqustunda öldürülən Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılan, vaxtaşırı Tiktok sosial şəbəkəsində mərhum Rövşən Lənkəranskinin yaxınlarının ünvanına ağır ifadələr işlədən kriminal avtoritet Yetim Sabir saxlanılıb.

Gürcüstanda saxlanılan Yetim Sabirin hazırda Azərbaycana ekstradisiya edildiyi bildirilir.
 
5 il öncə yetim Sabirin Şəmkirdə bıçaqlanması ilə bağlı məlumatlar yayılıb. Onun Gəncəli Firdovsi kimi tanınan Firdovsi Mustafayevlə ciddi mübahisəsinin olduğu bildirilib. Həmin mübahisəni əks etdirən telefon danışığı kriminal dairələrə yaxınlığı ilə seçilən internet resurslarında yayımlanmayıb.

Telefon danışığı zamanı Gəncəli Firdovsi ilə Yetim Sabir arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yaranır. Firdovsi cəza çəkdiyi müəssisədə nəzarətin ona məxsus olduğunu bildirsə də, Yetim Sabir etiraz edərək, həmin yerin Nadir Səlifov (Lotu Quli) və Yusif Əliyev (Yuska Şamxorski) tərəfindən ona həvalə edildiyini deyir. Cavabında Gəncəli Firdovsinin Qulini "oğru” kimi tanımadığını deməsi Yetim Sabirin etiraz ilə qarşılanır və sonuncu Qulini "qanuni oğru" kimi tanınmayanları təhqir edir. Gəncəli Firdovsi isə öz növbəsində bu sözə görə Yetim Sabirin cavab verməli olacağını söyləyir.

Bunun ardınca isə Yetim Sabirin başına 250 min mükafat qoyulduğu haqda məlumat yayılıb. Daha sonra isə Yetim Sabirin bıçaqlanması məhz kriminal qruplaşmaların növbəti hesablaşması kimi qəbul olunub


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol