• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb
16.01.2024 13:12
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib, bu da 2022-ci illə müqayisədə 9,8 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 %, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 % artıb. İstifadə olunmuş vəsaitin 12 milyard 485,2 milyon manatı və ya 61,5 %-i məhsul istehsalı sahələrinə, 6 milyard 840 milyon manatı (33,7 %-i) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411,5 milyon manatını və ya 80,9 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyard 559,6 milyon manatı və ya 71,7 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,5 %, büdcə vəsaitləri 36,6 %, əhalinin şəxsi vəsaitləri 5,9 %, bank kreditləri 3 %, sair vəsaitlər isə 6 % təşkil edib.
 
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çoxdur.
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol