• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ermənistana silah göndərib- SƏBƏB

Rusiya Ermənistana silah göndərib- SƏBƏB
16.01.2024 13:40
Rusiya Ermənistana silahlar göndərib. Bu barədə "Aysor” xəbər verib.
 
"Silahlar artıq Ermənistana çatdırılıb. Hərbi təyinatlı məhsullar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib", -hakim "Mülki Müqavilə” Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan "Azadlıq” radiosuna müsahibəsində deyib.

Melkonyan konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.
 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Arzu Nağıyev bildirir ki, Ermənistan və Rusiya arasında silah alqı satqısına dair daima müqavilə olub. Bu o demək deyil ki, kimsə kimisə silahlandırır.

"Ermənistanla Rusiya arasında məlum məsələdir ki, silahların satın alınması ilə bağlı müvafiq müqavilələr var. Bir vaxtlar 4 yüz milyon dollarlıq kontrakt məsələsi ortada var idi, hətta bunun 1 milyard olacağı barədə də məlumat verilirdi. Məhz, Azərbaycanın Qarabağ hadisələrindən sonra öz suveren ərazisini bərpa etməsilə bu kontaktın icra olunması dayandırılıb. Daha doğrusu silahlar Rusiyanın özünə daha çox lazım idi. Çünki burda ciddi silahlardan söhbət gedirdi.  Ancaq Rusiya bunu dayandırdı. Əsas məsələ Ermənistan pulunu geri istəyirdi. Bu da alınmırdı.  Son vaxtlar Hindistandan alınan silahlar da Rusiyanı müəyyən qədər bu problemlərin həlli istiqamətində addım atmağa məcbur etdi. Yəqin ki, Hindistan artıq bu bazara girməkdə israrlı olduğunu üçün Rusiya müəyyən qədər bu müqavilənin icrasıni təmin etmək istəyir. Ermənistanını iqtidar deputatınıntın açıqlaması da yəqin ki, bundan ibarətdir. Ermənistan və Rusiya arasında silah alqı satqısına dair daima müqavilə olub. Bu o demək deyil ki, kimsə kimisə silahlandırır",- deputat əlavə edib.
 
Məsələ ilə bağlı beynəlxaq şərhçi  Əziz Əlibəyli bildirir ki, Rusiyanın Ermənistana silah verməsi ilə bağlı öhdəliyi var.
 
"Rusiyanın verdiyi silahlar Azərbaycana qarşı istifadə olunacaq həddə deyil. Ermənistanın indiki hakimiyyətinin böyük ölçüdə Azərbaycanla bağlı problemləri var. Şübhə yoxdur ki, bu problemlər Ermənistanı rahat hərəkət etməyə, Azərbaycanla bağlı xüsusilədə sülh müqaviləsinə təsir edəcək səviyyədə mövqe nümayişinə imkan vermir. Ermənistanin indiki hakimiyyətində Rusiya ilə bağlı müqavilə yalnız təxribat xarakterlidir",- siyasi şərhçi əlavə edib.
 
Aytac Zeynalova




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol