• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü
16.01.2024 17:19
Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu bir daha təsdiq etdi.

Azercell Müştəri Xidmətləri sahəsində beynəlxalq standarta uyğunluq üzrə sertifikasiya auditini uğurla başa vurub. Abunəçilərə göstərdiyi yüksək xidmət səviyyəsinin növbəti göstəricisi olaraq olkənin aparıcı operatoru keyfiyyətin idarə olunması üzrə beynəlxalq ISO 10004:2018 sertifikatı ilə təltif olunub.

Dəyərləndirmə TÜV AUSTRİA TURK audit və sertifikatlaşdırma prosedurlarına uyğun olaraq "TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib. Sertifikat 3 il müddətinə təqdim olunub.

Qeyd edək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. ISO 10004:2018 isə Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi standartıdır.

Azercell texnoloji həllər vasitəsilə "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq çoxçeşidli servis kanallarıyla, özünəxidmət tətbiqləri ilə abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol