Ötən il Sahibkarlığın İnkişafı Fonduna daxil olan müraciətlərdən 2.7%-nə imtina verilib

2023-cü ildə Sahibkarlığın İnkişafı Fonduna daxil olan müraciətlərdən 2.7%-nə imtina verilib. Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Osman Xaliyev deyib.
"93.3% müraciət öz təsdiqini tapıb. Bu o deməkdir ki daxil olan bütün müraciətlər dəstəklənib"", - Xəliyevr 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərə açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, müraciətlərə imtina verilməsinin əsas səbəblərindən biri fond tərəfindən tələb olunan sənədlərin tam olmamasıdır.
"Fonda daxil olan müraciətlərin yoxlanması istiqamətində işləmə mexanizmi prinsipi var. Kommersiya bankı sahibkarların layihələrini, işlərini təhlil edir. Daxil olan müraciətlərin fondun prioritetlərinə uyğunluğu, səmərəliliyinin qiymətləndirilməsi və s. istiqamətdə təhlillər aparılır.
Təhlillərin ardınca təqdim olunan sənədlərin tərkibində uyğunsuzluq olarsa, onlara imtina cavabı verilir", sədr əlavə edib.
www.anews.az

O bildirib ki, ilkin monitorinqdə real gördüyümüz layihə ilə sahələr arasında uyğunsuzluq ola bilər ki, bu da imtina verilməsinə səbəb ola bilər.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib