• $
  • €
  • ₽
  • ₺
  • £

MEDİA və Mətbuat Şurası Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib

MEDİA və Mətbuat Şurası Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib
17.01.2024 11:20
Azərbaycan Mətbuat Şurası jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı nekroloq yayıb.

"Jurnalist, "Lent.az” saytının əməkdaşı Səbuhi Məmmədlinin vəfatı hər birimizə dərin üzüntü və sarsıntı hissi yaşatdı. Mərhumun doğmalarına, yaxınlarına, saysız-hesabsız həmkarlarına dərin hüznlə başsağlığı veririk.

1970-ci ildə anadan olmuş Səbuhi Məmmədli Bakı Dövlət Universitetini bitirib. 1990-cı ildən jurnalistikada olub. Müasir dövr Azərbaycan mediasının öz dəst-xətti ilə seçilən istedadlı nümayəndələrindən biri kimi tanınıb. Həm on il ərzində "Lent.az” saytında, həm də müxtəlif illərdə çalışdığı "525-ci qəzet”də, "Azərbaycan” və "Yeni Müsavat” qəzetlərində peşəsinə sədaqəti və həmkarlarına qayğılı münasibəti ilə seçilib. Daşıdığı təməl xüsusiyyətlər özündən gənc həmkarlarının jurnalistikaya rəğbətinin formalaşmasına, bu yolda addımlamalarına stimul verib.

Səbuhi Məmmədli yaşadığı qısa ömürdə istedad amilinin jurnalistika üçün nə dərəcədə böyük anlam daşıdığını əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarıb. Onun, yəni, bir istedad adamının yoxluğu həm də bu baxımdan ağırdır.

Bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, onların kədərlərini bölüşürük.



10:25

Medianın İnkişafı Agentliyi ( MEDİA) tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə MEDİA sosial şəbəkədə paylaşım edib.

"Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.

Jurnalist Səbuhi Məmmədli gecə saatlarında 54 yaşında müalicə aldığı tibb müəssisəsində vəfat edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol