90%-dən çox respondent dövlət siyasətinin formalaşmasında ictimai rəyi zəruri hesab edir - SORĞU

Sosial Tədqiqat Mərkəzinin sorğusunda iştirak edən respondetlərin 90,3% dövlətin siyasət və qərarlarının formalaşmasında ictimai rəyini zəruri olduğunu hesab edir. Bu barədə qurumun son sorğusunda qeyd olunub.
Sorğuda iştirak edən 7,4%-i bunun zəruri olmadığını, 2,3%-i isə fikir bildirməkdən imtina etdiyini açıqlayıb.
Sorğu 2023-cü ilin 25-28 noyabr tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
Sorğu Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub.
Respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Sosial Tədqiqatlar Mərkəzi 5 ilə yaxındır fəaliyyət göstərir, sosial-iqtisadi mövzuları üzrə ictimai rəyin öyrənilməsi məqsədilə 100-dən yuxarı sosioloji sorğu həyata keçirib, sorğularda ümumilikdə 80 mindən çox vətəndaş iştirak edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























