Ötən ilin on bir ayında doğulan uşaqların sayı azalıb

2023-cü ilin yanvar-noyabrında Azərbaycanda 103 min 367 uşaq doğulub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9% və ya 9 min 391 uşaq azdır. Bu barədə Dövlət Statistika Kommutəsininin hesabatında qeyd olunub.
Belə ki, oktyabrla müqayisədə 8 min 696 çox körpə doğulub.
2022-cü ilin yanvar-noyabrı ilə müqayisədə 2023-cü ilin yanvar-noyabrında əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı azalaraq 12,2-dən 11,1-ə düşüb.
Yeni doğulmuş uşaqların 53,1 %-i oğlan, 46,9%-i qızdır.
Eyni zamanda doğulanlardan 3134-ü əkiz, 135-i üçəm, 4-ü isə dördəm olub.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























