Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

Azərbaycan ali təhsil müəssisələrində 93 xarici ölkədən 7,7 min tələbə də təhsil alır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan başqa, 2023-2024-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 997 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 33,1 faizi Bakı, 66,9 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.
Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Rusiya və Çinin ali təhsil müəssisələrində təhsil alır.
Bakı Dövlət Universitetinin bakalavr səviyyəsində 51, magistratura səviyyəsində 18, doktorantura səviyyəsində 7, hazırlıq kurslarına isə 51 nəfər olmaqla, ümumilikdə 127 nəfər əcnəbi vətəndaş qəbul olunub.
Ümumilikdə 2018-2023-cü illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılan 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ əldə ediblər. Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində cari tədris ilində Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan və Macarıstandan olan 28 əcnəbi tələbə yerli ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Bu il ali məktəblərdə işləyən 500-ə yaxın əcnəbi professor və müəllimə yaşama icazəsi verilib. Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) Baş idarə rəisinin müavini Tamilla Hacıyeva bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























