• $
  • €
  • ₽
  • ₺
  • £

2023-2024-cü tədris ilində təhsil alan tələblərin 62,5%-i qadınlardır

2023-2024-cü tədris ilində təhsil alan tələblərin 62,5%-i qadınlardır
17.01.2024 15:05
2023-2024-cü tədris ilində Azərbaycanda təhsil alan 65,6 min tələbənin 62,5%-i qadınlardır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
 

Hesabat dövründə Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alan 231,4 min tələbənin 51,1%-ni qadınlar təşkil edir.
 
Əvvəlki tədris ili ilə müqayisədə tələbələrin sayı 8,6 min nəfər və ya 3,9 % artıb.
 
Azərbaycan ali təhsil müəssisələrində 93 xarici ölkədən 7,7 min tələbə də təhsil alır. 

Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Hindistan, Pakistan, Suriya, İraq və Nigeriya vətəndaşları üstünlük təşkil edir.
Bundan başqa, 2023-2024-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 997 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 33,1 faizi Bakı, 66,9 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.
 
Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrində  (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) bakalavriat səviyyələri üzrə 108 min 942, magistratura səviyyələri üzrə isə 15 min 636 tələbə ödənişli əsaslarla təhsil alır.  
 
Bakalavriat səviyyəsi üzrə ödənişli əsasla təhsil alan tələbələrdən 86 min 881-i dövlət, 22 min 61-i tələbə isə özəl ali təhsil müəssisələrində təhsil alır.
 
Həmçinin magistratura səviyyəsi üzrə təhsil alan tələbələrdən 13 min 83-ü dövlət, 2 min 553-ü özəl ali təhsil müəssisələrində təhsil alır.
 
Aygün Mirakif

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol